Bakıda arvadını öldürməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, fevralın 11-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.