Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb. Onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin, Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb. Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri cinsi azlıqların nümayəndəsidir. O, "Trans Demet" kimi tanınırmış.