Azərbaycanda 30 il əvvəl törədilən qətldən YENİ XƏBƏR
19 may 2023 11:48 (UTC +04:00)

Azərbaycanda 30 il əvvəl törədilən qətldən YENİ XƏBƏR

Xəbər verildiyi kimi 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində  saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Oxşar yazılar