Astarada itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 3-ü Astarada meşəlik ərazidə 54 yaşlı Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Lent.az APA-ya istinadla bildirir ki, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.
O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.
Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.
Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Saat: 12:39
Astarada itkin düşən kişinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, rayonun Dirya kənd sakini 54 yaşlı Eynəli Cəlal oğlu Əzizov 2 gün yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib.
Keçirilən axtarış tədbirləri nəticəsində onun meyiti rayon ərazisində tapılıb.
E. Əzizovun hansı səbəbdən ölməsi bilinmir.
Hazırda Astara rayon Prokurorluğunda araşdırma aparılır.