Almaniyada türkiyəli qadın və iki azyaşlı qızı öldürülüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verib. Buradakı yataqxanaların birinin otağında 37 yaşlı Ruziye Öz ilə iki qızı 8 yaşlı Pəri və 5 yaşlı Masalın meyitləri aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanlarından verilən açıqlamada qətlin qadının həyat yoldaşı tərəfindən törədildiyi bildirilir. Hadisə ilə əlaqədar 35 yaşlı Uğur S. Marl şəhərində saxlanılıb.