Ana oğlu ilə birləşib QAN TÖKDÜ
08 mart 2024 14:30 (UTC +04:00)

Ana oğlu ilə birləşib QAN TÖKDÜ

Rusiyanın Leninqrad vilayətində polis 36 yaşlı qadın və onun 7-ci sinif şagirdi olan 14 yaşlı oğlunu saxlayıb. Hər iki şəxs əcnəbi vətəndaşa ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, martın 5-nə keçən gecə Pavlovskdakı mənzillərdən birindən Özbəkistan vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstədə bıçaq yaraları və mürəkkəb pnevmotoraks qeydə alıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbinin qanuni əsaslarla Rusiya Federasiyasında olduğunu və miqrasiya orqanlarında qeydiyyatda olduğunu müəyyən edib.

Həmin gün faktla bağlı cinayət işi başlanıb.

Ertəsi gün Murinoda cinayət törətməkdə şübhəli bilinən qadın saxlanılıb. İstintaqın məlumatına görə, onunla əcnəbi arasında münaqişə yaranıb və bu zaman o, azyaşlı oğlunu cinayətə cəlb edib. Qadın və yeniyetmə saxlanılıb.

# 4026
avatar

Oxşar yazılar