Manisanın Dəmirçi rayonunda qadın polislərin yataqxanasında ölü tapılıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, dünən saat 8 radələrində Dəmirçi rayon Polis Şöbəsinin binasının yuxarı mərtəbəsindəki polis yataqxanasından silah səsləri eşidilib. Müvəkkil müavini 32 yaşlı D.Y.-nin qaldığı otağa daxil olan polis qrupları rayonda gözəllik salonu işlədən Yeşim Akbaşı başından güllə yarası ilə tapıblar. Xəstəxanaya aparılan 26 yaşlı Yeşim Akbaşı xilas etmək mümkün olmayıb.
Hadisədən sonra rayon Polis Şöbəsinin müvəkkil müavini D.Y. saxlanılıb. Oradakı proseslərdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Akbaşın atəş açdığı silahın müfəttiş müavini D.Y.-yə aid olduğu müəyyən edilib.
Əslən Kütahyadan olan Yeşim Akbaş və D.Y.-nin İlçe Polis Şöbəsinin iftar süfrəsinə qatıldığı və bir gün əvvəl şəkil çəkdirdikləri məlum olub.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi gözlənilir.
Həmçinin D.Y ifadəsində, “Axşam birlikdə yemək yeyib yataqxanaya getdik. Gecə birlikdə idik. Səhər oyananda duş aldım. Çıxanda belə tapdım. Dərhal aşağı düşüb kömək istədim. Məncə intihar edib”, deyə bildirib.