Samir Şərifovla bağlı "agent" iddialarına ironik cavab: <span style="color:red;">"Elə üç ölkə?!"
10 mart 2016 13:26 (UTC +04:00)

Samir Şərifovla bağlı "agent" iddialarına ironik cavab: "Elə üç ölkə?!"

Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziriSamir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub. Yuri ŞvetsSamir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

 

"APA-Economics" bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğumuza cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar