Mübariz Mənsimovdan <span style="color:red;">SENSASİON QƏRAR  - 18 ŞİRKƏT BAĞLANIR
04 iyul 2016 10:18 (UTC +04:00)

Mübariz Mənsimovdan SENSASİON QƏRAR - 18 ŞİRKƏT BAĞLANIR

 

“Palmali” Şirkətlər Qrupu dənizçilik sektorundan başqa, digər bütün sektorlardakı fəaliyyətini dayandırır.

 

Lent.az-ın məlumatına görə, bu barədə şirkətin prezidenti Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. M.Mənsimov bunun səbəbi kimi qlobal iqtisadi böhranın yaratdığı maddi çətinlikləri göstərib. “Digər sektorlardan çıxmaqda məqsədimiz əsas işimizə (neft daşımaçılığına) nəğd valyuta cəlb edə bilməkdi” – deyə, biznesmen “Palmali”nin kiçilməsinin səbəbini açıqlayıb.

 

Şirkət prezidenti “Palmali”nin iflas etdiyi barədə iddiaları da cavablayıb. O bildirib ki, belə bir hal mövcud deyil: “Palmali”nin bu gün 18-dən çox sektorda fəaliyyəti var. Sadəcə indi işlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar