Lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişdi
04 mart 2013 12:37 (UTC +04:00)

Lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişdi

Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları fəaliyyətlərini yeni şərtlərə əsasən qurmalıdırlar

 

 

Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarında dəyişikliklər edib.

 

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinə (broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər aşağıdakılardır:

- sonuncu hesabat tarixi üçün tərtib olunmuş maliyyə hesabatları (yeni yaranmış hüquqi şəxslər istisna olmaqla);

- ərizəçinin və onun bütün filiallarında müvafiq peşəkar fəaliyyəti həyata keçirmək hüququ olan ən azı üç əməkdaşın ixtisas şəhadətnamələrinin surətləri;

- istifadə ediləcək ofis sahəsində, müvafiq peşəkar fəaliyyətin həyata keçirilməsinə imkan verən kompyuter və telekommunikasiya sistemləri, elektron mühasibat proqramları haqqında məlumat;

- hüquqi şəxsin, onun filialının təsis sənədlərinin (nizamnamə və əsasnamə), habelə kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətləri;

- ərizəçinin nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahib olan şəxslər haqqında məlumat;

- iştirakçılar (səhmdarlar) xarici fiziki şəxs olduqda, onun rezidenti olduğu ölkənin ən azı 2 (iki) maliyyə təşkilatının müsbət tövsiyələri (bu şəxslə nə vaxtdan işgüzar münasibət yaratdığını, ödəmə qabiliyyətli müştəri olmasını və ya maliyyə vəziyyətini xarakterizə edə bilən digər müsbət göstəriciləri əks etdirə bilər) və (və ya) bank hesablarından çıxarışlar;

- ərizəçinin digər hüquqi şəxslərin nizamnamə kapitalında 20 (iyirmi) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat, eləcə də ərizəçinin təsisçilərinin (iştirakçılarının) digər şəxslərin nizamnamə kapitalında 10 (on) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat;

- növbəti 3 (üç) il üçün tərtib edilmiş və ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş biznes-plan;

- ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş təşkilati struktur;

- daxili nəzarət sisteminin təsviri;

- fəaliyyət xüsusiyyətindən asılı olaraq risklərin idarə edilməsi prosedurları;

- audit aparan müstəqil auditorla bağlanmış müqavilənin surəti (olduqda);

- rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar haqqında məlumat, onların ali təhsili və əmək stajı haqqında sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;

- rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, habelə məhkəmə qaydasında müflis elan edilməsi faktının olmamasına dair vətəndaş qüsursuzluğu barədə ərizə;

- peşəkar fəaliyyətin həyata keçirilməsi üçün qanun-vericiliklə müəyyən edilmiş daxili qaydaların surətləri.";

- bütün növ qiymətli kağız blanklarının istehsalını həyata keçirmək üçün müvafiq yer barədə məlumat;

- xüsusi materiallar və yarımfabrikatların satın alınması və istehsalçının xüsusi materiallar üçün ərazilərinə qəbul olunması və uçotunun aparılması qaydası;

- fotoplyonka və çap formalarının uçotunun aparılması qaydası;

- bütün növ qiymətli kağız blanklarının nömrələnməsi qaydası;

- xüsusi materialların, yarımfabrikatların fotoplyonkalarının, çap formalarının, qiymətli kağız blanklarının standart formalarının, məhsulların, təhlükəsiz mürəkkəblər və istehsal tullantılarının boş qablarının saxlanması qaydaları;

- istehsal obyektlərinə giriş üçün icazə qaydaları;

- daxili nəzarət qaydaları;                   

- istehsal obyektlərinin texniki baxımdan gücləndirilməsi haqqında məlumat;

- istehsal obyektində oğurluğun, yanğının və hücumun xəbərdar edilməsi sistemi;

- istehsal obyektində giriş-çıxışa nəzarət sistemi;

- istehsal obyektinin video-nəzarət sistemi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259
avatar

Oxşar yazılar