Elman Rüstəmov Dünya Bankının nümayəndə heyətini qəbul edib
20 oktyabr 2016 12:14 (UTC +04:00)

Elman Rüstəmov Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvini qəbul edib. Lent.az Bankın saytına istinadən xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın mövqeyini xüsusi vurğulayıb.

 

Sədr E.Rüstəmov Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, yoxsulluq probleminin aradan qaldırılması, ölkənin yuxarı orta gəlirli ölkələr sırasına qalxması haqqında məlumat verib. Hazırda ölkə iqtisadiyyatının yeni inkişaf modelinə keçid ilə bağlı aparılan işlər, ölkədə makroqitisadi və maliyyə sabitliyi istiqamətində görülən tədbirlər haqqında danışıb.

 

E.Rüstəmov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə menecerinə fəaliyyətində uğurlar arzulayıb, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

 

N.Naqvini Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatının qürurverici olduğunu qeyd edərək DB və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, mövcud layihələrin uğurla icrasının davam etdirilməsi və ölkə üçün əhəmiyyətli ola biləcək yeni layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyini bildirib.

 

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar