Mərkəzi Bank dolların manata qarşı sabahkı məzənnəsini açıqlayıb.
Bankdan Lent.az-a daxil olan məlumata görə, 16.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7039 səviyyəsində müəyyən olunub.
**
14:12
Noyabrın 15-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Lent.az-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.