Bakı Ali Neft Məktəbi  “Statoil-Azərbaycan”la əməkdaşlıq protokolu imzalayıb
14 dekabr 2012 14:33 (UTC +04:00)

Bakı Ali Neft Məktəbi “Statoil-Azərbaycan”la əməkdaşlıq protokolu imzalayıb

Bakı Ali Neft Məktəbi ilə “Statoil-Azərbaycan” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb. Bu məqsədlə ali məktəbdə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycana böyük investisiya yatıran “Statoil-Azərbaycan” şirkəti ilə danışıqlarda əsas məqsəd BANM-lə Norveçin müvafiq ali təhsil və eyni zamanda, elm mərkəzləri ilə əməkdaşlıqdır.

 

 ““Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen isə çıxışında qeyd edib ki, rəhbərlik etdiyim şirkətlə BANM arasında imzalanacaq protokol dostluğun, əməkdaşlığın bariz nümunəsi olacaq.

 

Norveçin ölkəmizdəki səfiri Erlinq Şonsberq isə çıxışında Azərbaycanda dünya standartlarına cavab Ali Neft Məktəbinin fəaliyyət göstərməsini təqdirəlayiq hal sayıb.

 

Sonda Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımovla “Statoil-Azərbaycan” şirkətinin prezidenti Sorensen arasında əməkdaşlıq protokolu imzalanıb.

# 779

Oxşar yazılar