(R) “GİLAN TEKSTİL PARKI” – toxuculuq sənayesində yeni ad
07 mart 2013 10:00 (UTC +04:00)

(R) “GİLAN TEKSTİL PARKI” – toxuculuq sənayesində yeni ad

 

Azərbaycanın toxuculuq sənayesi olduqca dərin və qədim köklərə, çoxəsrlik tarixə malikdir. Əvvəllər pambıq emalı sənayesinin müxtəlif mərhələləri və hazır məhsulun ərsəyə gətirilməsi prosesi Azərbaycan və keçmiş SSRİ məkanındakı müəssisələr üzrə paylanmışdı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə yaşanan problemlər təbii ki, pambıq emalı və toxuculuq sənayesindən də yan keçmədi. Lakin son illər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət, kənd təsərrüfatı və sənayenin inkişafı istiqamətindəki proqramlar bu sahədə böyük layihələrin reallaşdırılmasına gətirib çıxarmışdır. Bütün bunların nəticəsidir ki, Azərbaycanda pambıq emalı və “a”dan “z”yə qədər hazır məhsulun ərsəyə gətirilməsi prosesini özündə birləşdirən müstəsna toxuculuq mərkəzi - “Gilan Tekstil Parkı” fəaliyyətə başlamışdır. 

Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərində 1,5 il kimi qısa müddət ərzində inşa edilən “Gilan Tekstil Parkı” 3 iri sənaye obyektini özündə birləşdirir. Toxuculuq, boya və tikiş fabriklərindən ibarət olan bu nəhəng kompleks ümumilikdə 10 hektar ərazini əhatə edir. “Gilan Tekstil Parkı” 30000 kvadratmetrlik istehsal sahəsinin həcminə görə nəinki Azərbaycanda, bütövlükdə Qafqazda iri emal müəssisələrindən biri hesab oluna bilər. 

Bu istehsal kompleksi dünyanın qabaqcıl texnologiyaları, habelə günün tələblərinə yüksək səviyyədə cavab verən ən müasir avadanlıqlarla təchiz olunub. “Gilan Tekstil Parkı”na daxil olan toxuculuq, boya və tikiş fabriklərində Belçika, Almaniya və Yaponiyadan gətirilmış istehsal avadanlıqları bu ölkələrdən gəlmiş mütəxəssislər tərəfindən quraşdırılıb. Kompleksdə fəaliyyət göstərən texniki heyətə həmin mütəxəssislər tərəfindən istismar və xidmət göstərilməsi mövzularında müxtəlif təlimlər keçirilib. 

“Gilan Tekstil Parkı” istehsal etdiyi müxtəlif növ məhsullarda xammal kimi Azərbaycanda becərilən pambıqdan istifadə etməklə, sənaye ilə yanaşı kənd təsərrüfatının inkişafına da cox böyük dəstək verir. 100 faiz pambıqdan hazırlanan, tərkibində hər hansı kimyəvi əlavələrdən isitifadə olunmayan məhsullar insan sağlamlığı üçün təhlükəsizdir. Məhz bu səbəbdən kompleksdə istehsal olunan hərbi geyimlər, xüsusi iş formaları, dəsmal, hamam xalatı, yataq-yorğan örtükləri, yorğan və balış kimi ev tekstili, otellər, idman kompleksləri üçün nəzərdə tutulan müxtəlif məhsullar bütün beynəlxalq keyfiyyət standartlarına uyğun və ekoloji cəhətdən təmiz məhsul hesab olunur.

“Gilan Tekstil Parkı” öz məhsullarının bəzi ölkələrə ixrac olunması istiqamətində artıq bir sıra uğurlu müqavilələr bağlayıb. Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrə ixrac olunmağa başlayan məhsullara tələbat artdıqca, bu gün özündə 3 fabriki və 5 istehsal xəttini birləşdirən kompleksdə istehsal həcmi tezliklə yeni fabriklərin tikilməsi ilə daha da genişlənəcək.

Hazırda “Gilan Tekstil Parkı” 350 nəfəri işlə təmin edib. Müəssisə rəhbərliyinin və kollektivinin qarşısında duran əsas məqsəd nəinki Azərbaycan toxuculuq bazarında, həmçinin hal-hazırda uğurlu işlərin aparıldığı xarici bazarlarda mövqelərin möhkəmləndirilməsi və genişləndirilməsindən ibarətdir. Kompleks tam gücü ilə fəaliyyətə başlayacağı zaman işçilərin sayının 2000 nəfərədək artırılması proqnozlaşdırılır. 

Ürəyəyaxın, rahat və etibarlı, ən əsası isə hər hansı bir kimyəvi qatışıqsız və ekoloji baxımdan təmiz – düzgün və dəqiq inkişaf proqramı, yüksək peşəkarlıq, hər zaman və hər şeydə mütləq yüksək keyfiyyəti sayəsində uğur qazanan “Gilan Tekstil Parkı” nın məhsullarını məhz belə xarakterizə etmək olar.

“Gilan Tekstil Parkı” haqqında daha ətraflı məlumatı www.gilantekstil.comwww.facebook.com/GilanTekstilParki internet səhifələrindən əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4112
avatar

Oxşar yazılar