(R) “Fitch Ratings” agentliyi DəmirBank-ın B reytinqini “stabil” proqnozu ilə təsdiqləyib
28 mart 2013 13:26 (UTC +04:00)

(R) “Fitch Ratings” agentliyi DəmirBank-ın B reytinqini “stabil” proqnozu ilə təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq DəmirBank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biridir.

 

Yüksək reytinqin verilməsi, DəmirBank-ın uzun müddətli perspektivdə kredit ödəmə qabiliyyətinin daha çox dayanıqlı olmasını və Bankın aktivlərinin keyfiyyətinin yaxşılaşmasını əks etdirir. Bu reytinq Bankın uğurlu fəaliyyətinin, daha yüksək korporativ idarəetmənin, risklərin idarəedilməsi alətlərinin gücləndirilməsinin və digər müsbət amillərin nəticəsidir. Ölkədə makroiqtisadi sabitliyin və neft bazarında əlverişli vəziyyətin olması da reytinqin təsdiqlənməsinə müsbət təsir göstərib.

 

DəmirBank “Fitch Ratings” agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və beynəlxalq reytinq alan Azərbaycanda ilk özəl bankdır. DəmirBank həmçinin “Planet Rating” agentliyinin də “stabil” proqnozlu “B” reytinqinə malikdir və 2009-cu ildə ölkədə ilk dəfə sosial reytinq alan bankdır.

 

Ölkənin ilk özəl bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar