[b]Manat dollara qarşı bu il 4% bahalaşıb[/b]
01 avqust 2017 12:41 (UTC +04:00)

[b]Manat dollara qarşı bu il 4% bahalaşıb[/b]

Bu ilin əvvəlindən manat dollara nisbətən 3,94% möhkəmlənib.
 
"APA-Economics" xəbər verir ki, cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7009 manat səviyyəsindədir.
 
İl ərzində dolların məzənnəsi ilk dəfə olaraq bu həddədək geriləyib. Qeyd edək ki, dollar manata nisbətən iyulun 5-dən etibarən ucuzlaşmağa başlayıb. Həmin gün dolların məzənnəsi 1,7022 manat olub. Ümumiyyətlə, iyulda dollar manata nisbətən 0,07% zəifləyib.
 
Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin təhlili göstərir ki, dolların məzənnəsi 2016-cı ilin noyabr ayının 15-dən qeydə alınan minimuma yaxındır. Belə ki, həmin gün USD/AZN rəsmi məzənnəsi 1,6954 səviyyəsində idi.
 
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar