<b>BP: Neft çatışmazlığı 4 ildən sonra yaranacaq</b>
20 oktyabr 2016 23:57 (UTC +04:00)

BP: Neft çatışmazlığı 4 ildən sonra yaranacaq

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib.  

 

“Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək”, - deyə Drebentsov qeyd edib.   

 

“İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”, -deyə Drebentsov əlavə edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar