[b]Azərbaycan qazının Avropadakı payı artır[/b]
20 aprel 2017 11:50 (UTC +04:00)

[b]Azərbaycan qazının Avropadakı payı artır[/b]

"2020-ci ilədək Rusiyanın "Qazprom" şirkətinin Avropa bazarında payı 38%-ə çatacaq". "APA-Economics" xəbər verir ki, bunu "IHS Markit" konsaltinq agentliyinin idarəedici direktoru Maykl Stoppard bildirib.
 
"2020-ci ilədək "Qazprom"un bazar payı hər il 1% artacaq. Bu vaxtadək şirkətin Avropa bazarındakı payı 38%-dək yüksələcək", - deyə M. Stoppard bildirib.
 
Onun sözlərinə görə, Rusiya qazına marağın əsas səbəbi onun daha ucuz olmasıdır. "Bunu nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan və Türkmənistan qazı "Qazprom"un bazar payına təsir edə bilməyəcək", - deyə o qeyd edib.
 
Direktor qeyd edib ki, 2020-ci ilədək Azərbaycan və Türkmənistan qazının Avropa bazarında payı 2%-dən 8%-dək artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

APA Baycan

Oxşar yazılar