<font color=red>&#174; </font>“Amrahbank” və  “ASAN xidmət” birgə yeni layihəyə start verdi
26 oktyabr 2016 13:50 (UTC +04:00)

® “Amrahbank” və “ASAN xidmət” birgə yeni layihəyə start verdi

Amrahbank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim və təcrübə proqramı həyata keçiriləcək.

Belə ki, daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş ASAN könüllüləri “ASAN School” könüllülük proqramının ikinci pilləsi olan "Master 2" çərçivəsində “Amrahbank”ın peşəkar mütəxəssisləri tərəfindən bank sektoru və onun fəaliyyəti ilə yaxından tanış olacaqlar. Təlimi uğurla bitirən ASAN könüllüləri “Amrahbank”ın struktur bölmələrində 1 ay ərzində təcrübəyə cəlb ediləcəklər.

“Amrahbank”ın iştirakı ilə həyata keçirilən bu təlim-təcrübə proqramının məqsədi gənclərin  maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır. 

Xatırladırıq ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 1993-cü ildə təsis olunmuş “Amrahbank”ın strateji səhmdarıdır.

Hal hazırda bank baş ofisi, 22 filiali və 1 şöbəsilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə, Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.

 

Amrahbank: “Sizə açıq və aydın bank”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar