“Veysəloğlu” şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edən layihəyə dəstək olub - VİDEO
15 sentyabr 2023 17:11 (UTC +04:00)

“Veysəloğlu” şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edən layihəyə dəstək olub - VİDEO

1152 şəhid övladı hədiyyə qutusu ilə təmin edildi

Veysəloğlu Şirkətlər Qrupu "YAŞAT" Fondu tərəfindən yeni tədris ilinin başlanması ilə bağlı həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.

Layihə çərçivəsində respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib.

Hədiyyə qutularının çatdırılması Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” tərəfindən həyata keçirilib.

# 1584
avatar

Oxşar yazılar