Vasif Talıbov
12 yanvar 2023 10:45 (UTC +04:00)

Vasif Talıbov

Vasif Talıbovun qızı da vəzifədən çıxarıldı

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.

Lent.az "APA-Economics"-ə istinadən xəbər verir ki, səhmdarların qərarı ilə, Baharxanım Talıbova Vasif qızı və Rifat Mahmudov Nazim oğlu Müşahidə Şurasındakı üzvlükdən çıxarılıb. Müşahidə Şurasınının sədri olan Əsədulla İsgəndərov Fikrət oğlu vəzifəsindən azad edilərək üzv təyin edilib.

Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Rüfət Məmmədov Əhədağa oğlu isə üzv təyin ediliblər.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Qeyd edək ki, Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Oxşar yazılar