Unibank 5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil işçiləri üçün sərfəli kredit kampaniyası keçirir.
Lent.az xəbər verir ki, indi bütün təhsil işçiləri “Unibank"a müraciət edərək, 30 min manatadək krediti aşağı faizlə götürə bilərlər. Oktyabrın 27-dək davam edən kampaniya çərçivəsində çox valyutalı UCard da hədiyyə olunacaq.
Kampaniya müddətində “Unibank”dan kredit götürmək xüsusi üstünlüklər verir:
- 30 000 AZN-dək krediti aşağı faizlə götürmək imkanı;
- sığorta xərci yoxdur;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 36 ayadək ödəniş müddəti.
Krediti banka gəlmədən:
-050 778 8117 whatsapp nömrəsinə yazaraq;
-“Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
- www.unibank.az saytından (https://unbk.az/2PgNi30 ) onlayn sifariş etməklə əldə edə bilərsiniz.