Azərbaycan manatı türk lirəsi qarşısında əhəmiyyətli dərəcədə bahalaşıb.
Lent.az xəbər verir ki, 2025-ci ilin əvvəlində 20,790 səviyyəsində olan Azərbaycan manatı 2026-cı ilin ilk günlərində 25,300 həddini aşaraq türk lirəsi qarşısında nəzərəçarpacaq dərəcədə möhkəmlənib.
Məlumata görə, 2025-ci ilin ilk aylarında Azərbaycan manatı/türk lirəsi məzənnəsi 20,790 səviyyəsində idi. İl ərzində mərhələli artım göstərən məzənnə 2026-cı ilin əvvəlində 25,300 səviyyəsini keçərək təxminən 4,5 lirəlik yüksəliş göstərib.