Yanvar ayı emosional baxımdan heç vaxt neytral olmur. Psixoloqların fikrincə, məhz bu səbəbdən ilin əvvəlində hətta möhkəm görünən cütlüklər belə, ayrılıq həddinə çata bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı psixoloq Mark Traversin sözlərinə görə, bayramlardan sonra münasibətlərin pozulması mövsümi xarakter daşıyır və bu, hər il müşahidə olunur.
Psixoloq vurğulayır ki, əslində yanvar ayı ayrılıqlara birbaşa səbəb olmur. Sadəcə olaraq, bu dövr uzun müddətdir yetişən qərarların üzə çıxması üçün uyğun psixoloji şərait yaradır. Yeni il insanlara keçmiş münasibətləri dəyərləndirmək və şüurlu nəticələr çıxarmaq imkanı verir.
Mark Travers qeyd edir ki, tədqiqatçılar məhz bayramlardan sonrakı dövrü psixoloji baxımdan məntiqli hesab edirlər və bunun üç əsas səbəbi var.
Birinci səbəb yanvarın bayramlardan sonra emosional basqını aradan qaldırmasıdır. Bayram dövrü, nə qədər sevilməsindən asılı olmayaraq, emosional baxımdan neytral olmur. Ailədə harmoniya, minnətdarlıq, romantika və birlikdə vaxt keçirmə gözləntiləri insan üzərində əlavə yük yaradır. Bu mərhələdə narazılıq və ya şübhələri ifadə etmək riskli hesab olunur, çünki bu, təkcə münasibətləri deyil, ətrafdakı emosional mühiti də poza bilər.
Araşdırmalar göstərir ki, səmimiyyət tarazlığı pozan amil kimi qəbul edildikdə insanlar emosional basqıya üstünlük verirlər. Yəni insan problemləri hiss etsə də, bir müddət susur. Nəticədə bir çox cütlüklər emosional “donma” rejimində yaşayır. Yeni ilin başlaması ilə isə bu kontekst dəyişir və insanlar emosiyaları daha şüurlu şəkildə tənzimləməyə başlayır.
İkinci səbəb yanvarın gələcəyə yönəlmiş özünü qiymətləndirməni aktivləşdirməsidir. İnsanlar şüuraltı və şüurlu şəkildə yanvarı zaman orientiri kimi qəbul edirlər. Bu ay həm sonu, həm də başlanğıcı simvolizə edir. İl ərzində bir çox cütlüklər münasibətləri vərdiş üzrə davam etdirir, xırda detalları analiz etmir. Yanvar isə bir mərhələni bağlayıb yenisini açaraq münasibətləri zaman baxımından deyil, gələcək həyat mərhələsinə uyğunluğu prizmasından qiymətləndirməyə vadar edir.
Üçüncü səbəb yanvarın münasibətləri bayram stresindən sonra sınağa çəkməsidir. Bayramlar nadir hallarda cütlüklər üçün təzyiqsiz keçir. Bu dövrdə yaranan yüklənmənin öhdəsindən necə gəlmək münasibətlərin real vəziyyətini üzə çıxarır. Münaqişələr qaçılmazdır və uzun müddət basdırılan emosiyalar sonda kəskin şəkildə üzə çıxır.
Psixoloqun sözlərinə görə, ayrılıqların səbəbi bayramların özü deyil, məhz bu dövrün münasibətlərdə yükün bölüşdürülməsi, təzyiqə reaksiyalar və tərəfdaşların bir-birinə verdiyi dəstəyi açıq şəkildə göstərməsidir.
Mütəxəssislər bildirirlər ki, yanvar ayrılıqları təsadüfi deyil və bu dövr bir çox insan üçün münasibətlərin gələcəyi ilə bağlı həlledici mərhələyə çevrilir.