Təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib -FOTO
04 aprel 2022 19:03 (UTC +04:00)

Təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib -FOTO

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev, Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.  Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə təbii inhisar subyektləri ilə əməkdaşlığın önəmini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Aytəkin Cəlali

Oxşar yazılar