“Shokki Mokki” “YAŞAT” düşərgəsində!
18 avqust 2023 15:12 (UTC +04:00)

“Shokki Mokki” “YAŞAT” düşərgəsində!

Uşaqların sevimlisi olan “Shokki Mokki” markası ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinə dəstək verib. Hər zaman sosial layihələrdə yaxından iştirak edən marka bu dəfə də ənənəsinə sadiq qalaraq Vətənin bütövlüyü üçün canından keçmiş qəhraman şəhidlərin övladlarına sevinc bəxş edib.

Düşərgənin 5-ci həftəsində  “Shokki Mokki”nin  pandaları balaca sakinləri müxtəlif hədiyyələrlə sevindirib. Layihədə iştirak edən uşaqların asudə vaxtını səmərəli keçirməsi üçün üzboyama, idman hovuzu saataları, eləcə də psixoloqlarla məsləhətləşmələr əşkil edilib.

Bununla yanaşı tanınmış müğənnilərdən xalq artisti Aygün Kazımova, istedadlı müğənni Murad Arifin konsert proqramı balacaları xeyli əyləndirib.

Qeyd edək ki, “Shokki Mokki” markası üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşımaqla yanaşı ölkəmizdə və xaricdə çox sevilir, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın qida sektorunda ilk uşaq markası olan “Shokki Mokki” özünün “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirir. Artıq 1 ildir ki, ölkənin ən böyük KSM layihələrindən olan “Məktəbim” “Shokki Mokki” tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar