Hər gün övladınızı bağçaya, məktəbə apararkən, klinikaya, ticarət mərkəzinə, fitnes zalına gedərkən həm tıxaclarda saatlarla vaxt itirirsiniz, həm də yolxərciniz çıxır. “City Garden Narimanov” sakinləri isə bu problemlərlə qarşılaşmayacaq. Çünki “City Garden Narimanov”da məktəb, bağça, klinika, ticarət mərkəzi, kafe və müxtəlif iaşə obyektləri bir kompleksin daxilindədir. Həmçinin kompleksin 17 hektarlıq həyətində velosiped və qaçış zolağı, veloyol, basketbol, futbol meydançaları, açıq havada fitnes sahəsi, oyun və istirahət zonaları, piknik və manqal üçün xüsusi imkanlar da düşünülüb.
Coğrafi olaraq Bakının mərkəzində yerləşən “City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, metronun “Nəriman Nərimanov” stansiyasına qısa məsafədədir. Kompleksə Şəki dairəsindən də yol çəkilir. Bununla da siz şəhərin bütün istiqamətlərindən evinizə daha rahat və tez çatacaqsınız.
“City Garden Narimanov”da mənzillərarası divarlara və mənzildaxili arakəsmələrə səs izolyasiya materialı tətbiq olunur. Yaradılan izolyasiya sistemi mənzilinizdəki kənar səs-küyü yox dərəcəsinə endirir. Mənzillərarası divarlarda izolyasiya materialı olaraq sellubordan, mənzildaxili divarlarda isə daş yunundan istifadə edilir. Səs izolyasiya imkanlarından əlavə bu materiallar istilik izolyasiya xüsusiyyətlərinə də malikdir. Bu da binaların enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir.
Mənzillər 20%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə satılır. Tam təmirli və çıxarışlı mənzillərə rahat şərtlərlə sahib olub premium həyata keçid edin.