Sabirabad rayonunda təşkil edilən aksiyada 10 müraciət ünvanlandı - FOTO
05 iyul 2023 17:30 (UTC +04:00)

Sabirabad rayonunda təşkil edilən aksiyada 10 müraciət ünvanlandı - FOTO

“Səyyar qəbul otağı” növbəti dəfə Sabirabad rayonunun sakinləri üçün təşkil olunub.

“Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, aksiyada ümumilikdə 10 müraciət ünvanlanıb ki, bunlardan 7-si qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub. Mikrofon önünə çıxan 3 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Son qeyd edilən müraciətlərlə bağlı vətəndaşlara məlumat verilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir.

Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Daha sonra görüşdə səsləndirilən bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar