Sabah bu rayonda 21 kəndin qazı kəsiləcək
10 aprel 2025 18:32 (UTC +04:00)

Sabah bu rayonda 21 kəndin qazı kəsiləcək

Sabah Yevlax rayonunun 21 kəndində qaz təchizatında fasilə olacaq.

Lent.az bildirir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin yaydığı məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax-Zaqatala xidmət sahəsində yerləşən "Xaldan" qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində, kanal üzərindən keçən diametri 219 mm olan polad boruda yaranmış sızma aradan qaldırılacaq.

Bu məqsədlə aprelin 11-də saat 10:00-dan etibarən "Xaldan" ölçü qovşağından (kollektorun çıxışından) qaz verilişi dayandırılacaq və təmir işləri başa çatanadək qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.

Qaz verilişində yaranacaq fasilə 21 kəndi və 5 791 abonenti əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154

Oxşar yazılar