Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə “Azərsu” məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Bakı şəhəri Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.