Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti ilin əvvəlindən 50,1 milyard dollar azalıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ən çox sərvəti azalan (dörd dəfə) “Lukoyl”un ortağı, azərbaycanlı Vahid Ələkbərov olub.
Onun kapitalı 17,4 milyard dollar azalıb. Bu göstərici üzrə ikinci yerdə “Severstal”ın əsas sahibi Aleksey Mordaşov qərarlaşıb.
O, 5,7 milyard dollar, “Novatek”in sahibi Leonid Mixelson isə 4,9 milyard dollar itirib.
Norilsk Nikelin sahibi Vladimir Potaninin kapitalı ilin əvvəlindən 1,47 milyard dollar, Roman Abramoviçin kapitalı 3,6 milyard dollar, Gennadi Timçenkonun kapitalı isə 6,03 milyard dollar azalıb.
Bundan əvvəl məlum olmuşdu ki, “Lukoyl”un vitse-prezidenti, “Spartak” futbol klubunun prezidenti Leonid Fedunun sərvətinin 99 faizini itirib. “Forbes”in reytinqində o, əvvəllər 11,1 milyard dollar sərvəti ilə 16-cı yerdə idi.