Rubl sürətlə BAHALAŞIR 
07 aprel 2022 12:15 (UTC +04:00)

Rubl sürətlə BAHALAŞIR 

Moskva birjasında rubl dollar və avroya nisbətən 6%-dən çox möhkəmlənib.

Lent.az birjanın məlumatına istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 10:21-də dolların məzənnəsi 74,26 rubla (-6,82%), avronun məzənnəsi isə 80,83 rubla (-7,08%) düşüb. 

Valyuta ticarətinin əvvəlində dollar bu il fevralın 16-dan bəri ilk dəfə 75 rubldan, avro isə 27 oktyabr 2021-ci ildən bəri ilk dəfə 81 rubldan aşağı düşüb.

Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə iki qəpik bahalaşaraq 79,72 rubl təşkil edib. Avronun məzənnəsi dəyişməz qalıb - 87 rubl.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Rəsul SARI

Oxşar yazılar