Qiymət artımının ƏSL SƏBƏBİ  açıqlandı 
11 iyun 2022 13:33 (UTC +04:00)

Qiymət artımının ƏSL SƏBƏBİ açıqlandı 

“Ərzaq qiymətlərinin artmasının əsl səbəbi Ukrayna ətrafındakı böhranla bağlı panika və spekulyasiyadır”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin ifrat yoxsulluq və insan hüquqları üzrə xüsusi məruzəçisi Olivye de Şutter deyib. 

O bildirib ki, bazarlarda bəzi “oyunçu”lar Ukraynadakı vəziyyətə görə insanların narahatlığını bilə-bilə dəyərin artması ilə bağlı spekulyasiya edirlər:

“Ərzaq ehtiyatlarının əsas hissəsi özəl operatorların, iri taxıl treyderlərinin əlindədir ki, onlar hökumətlərin bazar qiymətlərinin tənzimlənməsi üçün lazım olan məlumat mübadiləsində iştirak etmirlər”. 

Qeyd edək ki, ABŞ bazarında da ərzaq məhsullarının bahalaşması müşahidə olunur. ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, bu, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Rəsul SARI

Oxşar yazılar