2022-ci ilin noyabrın 2 də Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərinə turist səfərlərinin təşkilində əməkdaşlıq üçün turoperatorlar arasında elan edilən müsabiqə “Summer Tour Azerbaijan” şirkətinin qalibiyyəti ilə nəticələndi və elə həmin vaxtdan turagentlər qeyd olunan turoperatorla müqavilə bağlayaraq turist səfərlərinin satışına başladılar. PinTravel şirkəti aviabiletlər və hotel rezervasiyaları ilə yanaşı, turistlərin Şuşaya çatdırılması, yolboyu onlara lazımı dəstək verilməsi və Şuşadan geri qaytarılması üçün transfer məsələlərini də öz boynuna götürdü. Bu ilin martın 18-dən start verilən Şuşa turları insanlarda olduqca çox maraq doğurdu. Vətənin səfalı guşələrindən biri olan Şuşa gənc, orta və yaşlı nəslin nümayəndələrinin ziyarətgahına çevrildi.
“Summer Tour Azerbaijan”-in birbaşa Şuşada “Xarıbülbül" hotelində gecələmələr üçün təklif etdiyi rezervasiyaların PinTravel tərəfindən müştərilərə satılması və transfer xidməti böyük müştəri məmnuniyyəti ilə qarşılandı.
“Böyük Qayıdış" siyasətinin bir parçası olaraq Azərbaycanın mədəniyyət paytaxtında təhlükəsiz turizmin qurulması, həmin bölgədə iqtisadi fəallığın artırılmasını nəzərdə tutan bu layihə hələ də davam etməkdədir. Bu gün də Şuşanı görmək istəyən 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı PinTravel şirkətinə müraciət edərək möhtəşəm Şuşa turu əldə edə bilər.
1 gecə 2 gün nəzərdə tutulan turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki köhnə şəhər, ilk şəhid abidəsinin ziyarəti, Şuşada Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı verilir.
"Bir nəfər üçün gecəlik paketin qiyməti 215 AZN təşkil edir.
"PİN Travel"in Şuşaya səfərlə əlaqədar tur paketinin proqramı isə aşağıdakı kimidir:
I Gün
07:00 - Bakıda öncədən təyin olunmuş məkanda toplaşmaq;
09:00 - Salyan yolu üzərində yerləşən “Hacıoğlu” dayanacağında 45 dəqiqəlik asudə vaxt (Səhər yeməyi);
12:00 - Füzuli Beynəlxalq Hava Limanı;
12:30 - Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və Füzuli şəhərinin mərkəzindəki dağıntılarla tanışlıq;
13:40 - Şuşada hoteldə yerləşmə;
14:00 - Nahar yeməyi üçün asudə vaxt;
15:00 - Hotelin qarşısında toplaşmaq;
Ziyarət olunacaq tarix və mədəniyyət abidələri:
1. Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi
2. Cıdır düzü
16:30 - Hotelə qayıdış;
17:00 - 21:00 - Asudə vaxt;
Gecələmə.
Qeyd: 22:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunur.
II Gün
10:00 – Səhər yeməyi;
11:00 – Otelin qarşısına toplaşmaq;
Ziyarət olunacaq tarix və mədəniyyət abidələri:
1. Bülbülün ev-muzeyi
2. Çuxur məhəllədə yerləşən abidələr
3. Yuxarı Gövhər ağa məscidi
4. Aşağı Gövhər ağa məscidi
5. Merdinli məhəlləsi Sadıqcanın evi
6. “Güllələnmiş heykəllər” olan meydan
7. Xurşidbanu Natəvanın sarayı və şairənin vəsaiti hesabına inşa edilmiş bulaq
8. Şuşa qalası, Şuşa qalasının Gəncə qapısı və “Xarı Bülbül” simvolu
9. Üzeyir Hacıbəylinin heykəli və Natəvanın malikanəsinin ərazisi (tut bağı)
13:30 - Hotelə qayıdış;
14:00 - Bakıya yola düşmə;
15:15 - Füzuli rayonunda “Sultan” restoranında 45 dəqiqəlik fasilə;
16:00 - Füzuli-Bakı yolu.
Əlaqə:
+994 77 225 33 55
+994 77 415 33 55
+994 77 235 33 55
E-mail: [email protected]