Naxçıvanda ƏDV niyə geri qaytarılmır? – AÇIQLAMA
26 dekabr 2022 16:03 (UTC +04:00)

Naxçıvanda ƏDV niyə geri qaytarılmır? – AÇIQLAMA

Vasif Talıbovun istefasından sonra Naxçıvanda ciddi dəyişikliklərin olacağını hamı gözləyir.

Təbii ki, Muxtar respublikadakı mövcud vəziyyətdən ən çox naxçıvanlılar narahatdır. İndiyə kimi, keçmiş rəhbərin qadağa etdikləri bir çox məsələlər öz həllini necə tapacaq?

Onu da qeyd edək ki, Naxçıvanda insanları heyrətləndirəcək bir çox qadağalar olub. Məsələn, siz bilirdinizmi ki, orda vətəndaşlar öz halal haqları olan ƏDV-lərini geri ala bilmirlərmiş? Nə qəribə qadağa...

Haqlı olaraq ortaya sual çıxır ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV niyə Naxçıvanda geri qaytarılmır? Bunun səbəbi nədir? 

Lent.az bu mövzu ilə bağlı iqtisadiyyatçı ekspertin fikirlərini öyrəndi.

Bizimlə həmsöhbət olan ekspert Asif İbrahimov bildirdi ki, bu məsələ bir neçə gündür aktualdır:

“Bu günə qədər Azərbaycan Respublikasında hökm sürən bir sıra idarəetmə modeli Naxçıvanda tətbiq olunmurdu. Buna gömrük sistemi ilə bağlı məsələlər də aiddir. Eyni zamanda dövlət qurumlarında sənədləşdirilmələrin aparılması da problemə çevrilmişdir. Bundan başqa bir sıra məsələləri misal gətirmək olar ki, bunların da başında ƏDV-nin geri verilməsidir”.

A.İbrahimov deyir ki, Naxçıvan MR-da ƏDV-nin geri verilməsi yolunda ciddi müzakirələrin gedir:

“Ən yaxın zamanda bu problem öz həllini tapacaq. Naxçıvan da Azərbaycan Respublikasının bir ərazisidir. Azərbaycanda qəbul olunan bütün qanunların orda da tətbiq olunacaq”.

Bəs Naxçıvanda ƏDV-nin geri verilməsi öz həllini necə tapa bilər?

Bu sualla Dövlət Vergi Xidmətinə müraciət etdik. Qurumdan bizə bildirildi ki, öncə sahibkar ƏDV ödəyicisi olmalıdır:

“Yeni nəsil kassa aparatı tətbiq olunmalıdır və sahibkarın satdığı məhsullar ƏDV-yə cəlb edilməlidir. Bu şərtləri ödəyən istənilən pərakəndə ticarət və ictimai iaşə müəssisəsindən ƏDV-ni geri almaq olar”.

Aqil Taleh

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Oxşar yazılar