Naxçıvana gedən  avtobusların sayı   artırıldı
03 noyabr 2023 18:13 (UTC +04:00)

Naxçıvana gedən avtobusların sayı artırıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.

Agentlikdən Lent.az-a verilən xəbərə görə, bununla da reyslərin sayı 4-ə çatdırılıb.

Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3096
avatar

Oxşar yazılar