Məmurlar elektrik enerjisindən israfçılığa görə  cərimələnəcəklər
02 yanvar 2023 10:58 (UTC +04:00)

Məmurlar elektrik enerjisindən israfçılığa görə cərimələnəcəklər

Polşa rəsmiləri elektrik enerjisinə 10 faiz qənaət tələbini yerinə yetirmədiklərinə görə cərimələnəcəklər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müvafiq qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Qanuna əsasən, dövlət orqanlarının rəhbərləri onlara həvalə edilmiş obyektlərdə elektrik enerjisi sərfiyyatını 10 faiz azaltmağı öhdələrinə götürürlər.

Qeyd olunur ki, dövlətin müdafiəsi üçün istifadə olunan binalarda, eləcə də mühüm infrastrukturu təşkil edən obyektlərdə elektrik enerjisi sərfiyyatı nəzərə alınmır.

Elektrik enerjisinə qənaət etmək öhdəliyinin yerinə yetirilməməsi 20 min zlota qədər (4500 dollardan çox) cəriməni nəzərdə tutur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar