<font color=red>®</font> Birinci vitse-prezident Mehriban Əliyevanın başlatdığı qanvermə aksiyasına Kristal Abşeron MTK da qoşuldu
20 aprel 2020 13:35 (UTC +04:00)

® Birinci vitse-prezident Mehriban Əliyevanın başlatdığı qanvermə aksiyasına Kristal Abşeron MTK da qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  başlatdığı qanvermə aksiyasına Kristal Abşeron MTK da qoşulmuşdur. “Qan ver həyat xilas et” şüarı ilə başladılan aksiya bir neçə gün davam edəcək. Bu gün başladılan aksiyada 300dən artıq şirkət əməkdaşı və sakin iştirak etmişdir. Ümumilikdə aksiya iştirakçılarının sayı 1000 nəfər olacağı gözlənilir. 

Aksiyanın təşkil edilməsində məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən soydaşlarımıza dəstək olmaqdır. Aksiyada iştirak edən Kristal Abşeron MTK-nın müşahidə şurasının sədri Mahayət Nəbiyev bildirib ki, “hazırda ölkəmizdə 1000-dən artıq irsi qan xəstəliyindən əziyyət çəkən xəstə soydaşımız var eyni zamanda tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı qan banklarında qan azlığı müşahidə olunur. Məqsədimiz xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza dəstək olmaq və ictimaiyyəti bu xeyirxah aksiyada iştiraka dəvət etməkdir. Həmrəylik, birlik və bərabərlik nümunəsi göstərən, aksiyada iştirak edən əməkdaşlarımıza və sakinlərimizə bu işdə də yanımızda olduqları üçün təşəkkürümüzü bildiririk. Bütün qurumları və vətəndaşlarımızı bu işdə birgə olmağa çağırırıq”

#bizbirlikdəgüclüyük

www.kristalabsheron.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar