“ASAN" Könüllüləri Təşkilatı "Azərsun" Holdingin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.
4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunacaq.
#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.
® “ASAN” Könüllüləri və “Azərsun”dan polislərə təşəkkür!
2097