Kapital Bank-la UNEC arasında yeni memorandum imzalandı -FOTO
25 iyun 2023 10:11 (UTC +04:00)

Kapital Bank-la UNEC arasında yeni memorandum imzalandı -FOTO

Təhsil layihələrinin inkişafına böyük önəm verən Kapital Bank 2016-cı ildə UNEC-lə birgə anlaşma memorandumu imzalamışdır. Memorandum çərçivəsində bu illər ərzində bir sıra layihələr həyata keçirilib. Əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 24 iyun 2023-cü il tarixində ali məktəblə yeni memorandum imzalanıb.

Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, UNEC rektoru professor Ədalət Muradov, həmçinin universitetin və bankın əməkdaşları iştirak ediblər. Kapital Bank ilə UNEC arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bank-ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.

Rektor Ədalət Muradov UNEC-in Kapital Bank-la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda UNEC-in rektoru Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

# 1830
avatar

Oxşar yazılar