Kapital Bank-da yeni kadr təyinatları - FOTO
13 yanvar 2023 11:14 (UTC +04:00)

Kapital Bank-da yeni kadr təyinatları - FOTO

Kapital Bank-ın strukturunda dəyişikliklər və yeni  təyinatlar olub.

Lent.az xəbər verir ki, bankın insan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova Təşkilati inkişaf ofisinin lideri vəzifəsinə, İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavinin Aygün Musayeva Təşkilati inkişaf ofisinin Performansın idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

Həmçinin müştəri təcrübəsi sahəsinin lideri Fərid İslamov Müştəri dəyərləri ofisinin lideri vəzifəsinə, Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Agile ekspert mərkəzinin lideri Zaur Cəlilov Müştəri dəyərləri ofisinin Müştəri təcrübəsi sahəsinin lideri, Risklərin idarə edilməsi departamentinin direktoru Ağarza Baxşıyev Risk ofisinin lideri vəzifəsinə, Kredit Anderraytinqi departamentinin direktoru Nicat Rəsulov Biznes kredit riskləri və informasiya təhlükəsizliyi ofisinin lideri vəzifəsinə, Texnoloji həllər üzrə lider Fərid Səmədov isə Texnoloji həllər ofisinin lideri vəzifəsinə təyin olunub.

Fərid İslamov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar