“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Lent.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.
Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.