İranda milli valyuta dollar qarşısında dəyərini daha da itirib.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu gün İranda valyuta mübadiləsi məntəqələrində bir dollar 37 min 50 tümənə dəyişdirilib.
Bu İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyəri hesab edilir.
İranda ötən il 1 ABŞ dolları 26 min 500 tümən ətrafında idi, hazırda isə 37 min 50 tümənə bərabərdir İranın pul vahidi ötən on il ərzində dollar qarşısında 90 faiz dəyər itirib.