“Final” çay markasının dəsəyi ilə “Bilim hər yerdə” layihəsinə start verilib
25 dekabr 2023 14:51 (UTC +04:00)

“Final” çay markasının dəsəyi ilə “Bilim hər yerdə” layihəsinə start verilib

Zəngilan rayonunun Ağalı kənd orta məktəbində “Bilim hər yerdə” layihəsinin icrasına başlanılıb.

“Final”ın dəstəklədiyi layihə "ASAN Xidmət"in İnnovasiyalar Mərkəzi və "Bilim Bakı" mərkəzləri tərəfindən reallaşdırılır.

Tədbir çərçivəsində mərkəzin müəllimləri tərəfindən 100-ə yaxın şagirdə riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya, sahibkarlıq sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb.

Layihənin məqsədi ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır. Gələcəkdə “Bilim hər yerdə” layihəsi ölkəmizin digər bölmələrini əhatə edəcək.

Qeyd edək ki, 30 ildir istehlakçılar tərəfindən sevilən və klassikaya çevrilən “Final” çay bir müddət öncə Xankəndi şəhərində təşkil edilmiş “Qarabağ”- MOİK görüşünün təşkil edilməsinə dəstək olub. Azərbaycanın idman tarixinə qızıl hərflərə yazılmış oyunu izləyən minlərlə ziyarətçi “Final” markası tərəfindən çayla təmin edilib.

“Final” çay markasının dəsəyi ilə “Bilim hər yerdə” layihəsinə start verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar