Abonentin iştirakı olmadan sayğacları dəyişdirən əməkdaşlar tənbeh edilir.
Lent.az xəbər verir ki, bunu "Azəriqaz" İB-in rəhbəri Ruslan Əliyev deyib.
O bildirib ki, abonentin iştirakı olmadan sayğacı dəyişən əməkdaşlarımız var:
"Biz onları işdən çıxarır, əmək haqqını kəsir və tənbeh edirik. Çalışırıq ki, mütləq şəkildə abonentin iştirakı təmin olunsun".