Əməkhaqqı və təqaüdləri  digər banklara köçürmək mümkün olacaq
28 aprel 2025 15:12 (UTC +04:00)

Əməkhaqqı və təqaüdləri digər banklara köçürmək mümkün olacaq

Azərbaycanda əməkhaqqı və təqaüdləri digər banklara köçürmək mümkün olacaq.

Lent.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ iqtisadi ekspertlərlə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında keçirlən görüş zamanı müzakirə edilib.

Bildirilib ki, bununla bağlı Mərkəzi Bank ekosistemin qurulması üçün digər banklara da icazə verəcək. Hazırda hesabların daşınması mexanizminin qurulması və digər texniki məsələlərlə bağlı iş davam etdirilir. Yeniliyin bu ilin ikinci yarısından etibarən həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanda təqaüd və digər sosial ödəmələr bir neçə iri bank üzərindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar