"Bizim Market"  məhkəməyə verildi   - SƏBƏB
14 dekabr 2022 18:50 (UTC +04:00)

"Bizim Market" məhkəməyə verildi - SƏBƏB

“Bizim market” supermarketlər şəbəkəsi məhkəməyə verilib.

Lent.az xəbər verir ki, supermarketlər şəbəkəsində yoxlamalar zamanı nöqsan aşkarlanıb. Belə ki, supermarketlər şəbəkəsinin ödənilən məbləğ qarşısında adiyyatı işlər görmədiyi müəyyən edilib.

Bu səbəblə “Bizim market” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Mehman Nəbiyev

Oxşar yazılar