Bizdə qazın qiyməti o qədər də  yüksək deyil"   - Nazir
06 noyabr 2023 15:09 (UTC +04:00)

Bizdə qazın qiyməti o qədər də yüksək deyil" - Nazir

Qaz limiti kifayət qədər mürəkkəb məsələdir, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "2024-cü il üçün büdcə Zərfi"nin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, kifayət qədər mürəkkəb məsələdir: “Ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3624
avatar

Oxşar yazılar