Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı
17 iyul 2024 10:37 (UTC +04:00)

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kartı sahibi olan olan müştərilərinə yeni imkanlar yaratmağa davam edir. “Trendyol” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən yeniliklə artıq Birbank taksit kartı istifadəçiləri “Trendyol” mobil tətbiqindən çıxmadan ödənişlərini taksitə bölə biləcəklər.

Belə ki, artıq “Trendyol”da alış-veriş edən Birbank taksit kartı sahibləri ödənişlərini 2 və 3 aylıq taksitlə edə bilərlər. Bunun üçün istifadəçilər ödəniş edərkən onlara mobil tətbiqin daxilində birdəfəlik ödənişlə yanaşı taksitli ödəniş seçimi də veriləcək. Eyni zamanda Trendyol.az vebsaytında da müştərilər bu funksiyadan yararlana biləcəklər. Qeyd edək ki, kampaniya 16-26 iyul 2024-cü il tarixlərini əhatə edəcək.

Ətraflı məlumat üçün link: https://kbl.az/trnpr

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar