Fransanın LVMH (Louis Vuitton Moët Hennessy) holdinqinin rəhbəri Bernard Arnonun sərvəti 237,8 milyard dollara yüksəlib.
Lent.az bildirir ki, “Forbes Real-Time”in məlumatına görə, dünyanın ən zəngin iş adamı bir gündə 12,5 milyard dollar qazanıb.
Arno Parisdə keçirilən hərracda LVMH səhmlərinin rekord qiymət artımı sayəsində zənginləşib. Qrup daha əvvəl gəlirlərinin 17 faiz artaraq 21,06 milyard avroya çatdığını açıqlamışdı. Nəticədə onun kağızları bir gündə 883 avroya qədər bahalaşıb. Fransız qrupu 491 milyard dollarlıq bazar kapitallaşması ilə dünyanın ilk 10 ən böyük Avropa şirkəti olub.
Arno 2023-cü il aprelin 4-də “Tesla” və “Space X”in qurucusu İlon Maskı geridə qoyaraq dünyanın ən varlı adamı olub. Sahibkarın və ailəsinin ümumi sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyarda qarşı) qiymətləndirilir. 2022-ci ilin böhranlı nəticələrinə görə, fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin lideri “Tesla” 180 milyard dollar sərvətə sahibdir. Arnonun sərvətinin bu gün artması reytinqdə Mask üzərində liderliyi 49,3 milyard dollara çatdırıb.